Şirkət haqqında

"Hajiyev Consulting" 2015-ci ildə Almaniyanın Vürzburq şəhərində  rəsmi şəkildə dövlət qeydiyyatından keçmiş bir şirkətdir. Əsas ofislər Berlin və Bakı şəhərlərində yerləşir.

 

Şirkət Almaniyada təhsil (bakalavr, master və doktorantura), rezidentura, praktika, Studienkolleg və dil kursları xidmətlər təklif edir.

 

"Hajiyev Consulting" şirkətinin  rəhbəri Urfan Hacıyev 2015-ci ildə Almaniya Federativ Respublikasında yerləşən Köln Yüksək Əyalət Məhkəməsinin sədri tərəfindən alman, azərbaycan və türk dili üzrə həm yazılı həm də şifahi andlı və səlahiyyətli tərcüməçi kimi təyin olunub. Bu təyinata əsasən sizin sənədlərinizi bu dillərdə həm tərcümə etmək, həm də möhürlə təsdiqləmək hüququna malikdir. Tərcümə və təsdiq etdiyi sənədlər Almaniya ilə yanaşı bir çox alman dilli ölkələrdəki dövlət qurumları, müəsisələri (təhsil, tibb və s.) və təşkilatları tərəfindən tanınır və hüquqi qüvvəyə malikdir.

 

Rəsmi şəkildə Almaniyada dövlət qeydiyyatından keçmiş şirkət olaraq əsas məqsəd alman dəqiqliyi və alman peşəkarlığı ilə sizin arzu və istəklərinizi yüksək keyfiyyətlə tez bir zamanda həyata keçirməkdir. Xidmət zamanı əsas amil müştəri məmnuniyyətidir.